Türkiyənin "Beşiktaş" klubu baş məşqçi Ole Qunnar Sulşerlə yollarını ayırdığını açıqlayıb.
Oxu.Az xəbər verir ki, "ağ-qaralar"ın rəhbərliyi norveçli menecerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini bildirib.
Qeyd edək ki, "qartallar" dünən İstanbulda UEFA Konfrans Liqası çərçivəsində İsveçrə "Lozanna"sına uduzaraq (0:1) avrokuboklarda mübarizəni dayandırıb.