Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Beynəlxalq federasiyadan Azərbaycanın qız idmançısı ilə bağlı QƏRAR
Azərbaycanın daha bir üzgüçüsü Tokio Olimpiya Oyunlarında çıxış edəcək.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Beynəlxalq Üzgüçülük Federasiyası (FINA) qadın üzgüçü Məryəm Şeyxəlizadəxangaha “vayld kard” verib.
Bununla da İran əsilli idmançı Azərbaycanı Olimpiadada xüsusi dəvət əsasında təqdim edəcək. İyulun 17-də 17 yaşı tamam olacaq Məryəm Şeyxəlizadəxangah İranın paytaxtı Tehranda doğulub və 2019-cu ildən Azərbaycan yığmasının üzvüdür.
Daha əvvəl Ukrayna əsilli üzgüçü Maksim Şemberevin Azərbaycanı təmsil edəcəyi bəlli idi.
Qeyd edək ki, üzgüçülük yarışları Tokio Olimpiadasında 24 iyulda başlayacaq və 5 avqustda başa çatacaq.
Səbuhi Musayev
"İran" teqi üzrə xəbərlər
- Qalibaf: "ABŞ İrana hücum etsə, bu, bölgəni partladan qığılcım olacaq"
- Tramp: "İran danışıqlar aparmalıdır, yoxsa çox pis nəticələrlə üzləşəcək"
- SEPAH generalı İran xalqını "böyük əməliyyata hazırlaşmağa" çağırdı
- Avstraliyanın İrandakı keçmiş səfirinə sui-qəsd cəhdi edilib
- İran Trampın məktubuna cavab verdi