Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bloqer boksçu Ceyk Polun növbəti döyüşü: Tarixi və rəqibi bəlli oldu
Məşhur bloqer və peşəkar boksçu Ceyk Pol növbəti döyüşünü 28 iyun tarixində ABŞ-nin Anahaym şəhərində keçirəcək.
Oxu.Az bu barədə DAZN telekanalına istinadən xəbər verir.
Məlumata görə, onun rəqibi keçmiş dünya çempionu (orta çəki) Xulio Sezar Çaves olacaq.
Xatırladaq ki, Pol son döyüşünü 2024-cü ilin noyabrında keçirib və 58 yaşlı əfsanəvi keçmiş çempion Mayk Taysonu hakimlərin birgə qərarı ilə məğlub edib.
Çaves isə son döyüşünü keçmiş UFC təmsilçisi Yuraiya Holla qarşı keçirib və altı raundun sonunda hakimlərin birgə qərarı ilə qalib gəlib.
"Ceyk Pol" teqi üzrə xəbərlər
- Artıq rəqib deyillər? - Pol və Taysonun yeni görüntüləri gündəm oldu
- Konor Makqreqorla Ceyk Pol arasında keçiriləcək görüşün yeni detalları məlum oldu
- Mayk Taysonla Ceyk Pol arasında revanş döyüşü keçirilə bilər
- Taysonun Ceyk Polla döyüşünə baxış sayı rekord vurdu
- Stallone döyüşdə uduzan Taysona müraciət etdi: "Çempionların çempionu olaraq qal!"
Ən çox oxunanlar