Arqentinanın “Boka Xuniors” klubunun hücumçusu Conatan Kalleri ölkə çempionatında “Kilmes”ə qarşı oyunda rabona finti ilə gözəl qol vurub.
Oxu.Az xəbər verir ki, oyun dünən ölkə paytaxtı Buenos-Ayresdə keçirilib.
52-ci dəqiqədə Kalleri komanda yoldaşından gözəl ötürmə alaraq cərimə meydançasında qapıçı ilə üz-üzə qalıb. 21 yaşlı hücumçu əvvəlcə ötürmə etmək istəsə də top rəqib komandanın müdafiəçisinə dəyərəkə yenidən özünə qayıdıb. Bu dəfə isə Kalleri rabona fintini işlədərək gözəl qol vurub.
Həmin görüntüləri sizə təqdim edirik: