Baş məşqçi Roberto Bordindən sonra “Neftçi” klubunda daha bir ayrılıq baş tutub.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssisin köməkçilərindən biri də Bakı təmsilçisi ilə vidalaşıb.
Rəhbərlik fiziki hazırlıq üzrə italyan məşqçi Andrea Vetsu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək qərarına gəlib.