İspaniyanın "Real Betis" klubunun braziliyalı vingeri Antoni oktyabrın 14-də UEFA Çempionlar Liqasının ümumi mərhələsinin II turu çərçivəsində "Portu"ya qarşı keçirilən matç (3:2) zamanı evinin qarət edildiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Evimə zorla giriblər. Məni ən çox incidən və qəzəbləndirən maddi ziyan deyil, özümüzü təhlükəsiz hiss etməli olduğumuz yerdə müdafiəsiz qalmaqdır. Ailəmə baxanda və yaxınlarımın gözlərindəki qorxunu görəndə bu, dözülməz olur", - deyə braziliyalı futbolçu qeyd edib.
Qeyd edək ki, Antoni 2025-ci ildə "Mançester Yunayted"dən "Real Betis"ə transfer olunub. O, 2026/2027 mövsümündə İspaniya klubunun heyətində 10 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.