AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
AFFA-nın saytında yer alan xəbərə görə, iclasda “Zirə” tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.
Tribunal bu müraciəti təmin etməyib.
İntizam Komitəsinin Premyer Liqanın XVII turunun “Zirə” – “Qarabağ” oyununun 67-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılan Cavid Hüseynovun dörd oyunluq cəzası və klubun 3200 manatlıq cərimə olunması qərarı qüvvədə saxlanılıb.