UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha iki oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, Milanda “İnter” “Liverpul”u, Zalsburq şəhərində isə eyniadlı komanda Münhen “Bayern”ini qəbul edib.
İtaliyada qonaqlar sevinən tərəf olub. Avstriyada isə tərəflər sülhlə ayrılıb.
“Liverpul” matçın sonlarına yaxın “İnter”in qapısından 2 cavabsız top keçirərək cütlüyün mübarizəsində üstünlük qazanıb – 0:2
“Bayern”sə “Zalsburq”la görüşün son dəqiqələrində minimal hesablı bərabərliyi təmin edib – 1:1.
“İnter” (İtaliya) – “Liverpul” (İngiltərə) 0:2
Çempionlar Liqası: “Liverpul”dan qələbə, “Bayern” məğlubiyyətdən son anda qurtuldu - VİDEO
Rəylər