Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çiro İmmobilenin "Beşiktaş"dakı gələcəyi bəlli oldu
"Beşiktaş"ın hücumçusu Çiro İmmobile klubdakı taleyi haqda danışıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, o, "Adana Dəmirspor"la oyundan (4:1) sonra açıqlama verib. İtaliyalı forvard haqqında çıxan xəbərlərin yalan olduğunu və "Beşiktaş"da özünü xoşbəxt hiss etdiyini deyib.
Daha əvvəl İmmobilenin yayda "Beşiktaş"dan ayrılmaq istədiyi iddia edilib.
35 yaşlı hücumçu bu mövsüm Superliqada 28 oyunda 15 qol vurub.
"Futbol transfer xəbərləri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar