İyunun 8-də Bakıda keçirilən Çövkən üzrə 2-ci dünya çempionatında Uruqvay və Niger yığmaları qarşılaşıb.
Oxu.Az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüşdə tərəflər hesabı aça bilməyiblər və qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Hər iki komanda turnir cədvəli üçün vacib olan bir xal qazanıb.
İyunun 8-də Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Qazaxıstan və Küveyt milli komandaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, görüş ərzində üstün oyun nümayiş etdirən Küveyt millisi rəqibini 2:0 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb.