İyunun 10-da Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Çili və Küveyt milli komandaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş Çili millisinin üstünlüyü ilə başa çatıb.
Oyun ərzində rəqib qapısından iki cavabsız top keçirən Çili komandası Küveytə 2:0 hesabı ilə qalib gəlib.
İyunun 10-da Bakı şəhərində keçirilən çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Özbəkistan və Qazaxıstan milli komandaları qarşılaşıblar.
Oxu.Az xəbər verir ki, yüksək rəqabət və qarşılıqlı mübarizə şəraitində keçən görüşdə hər iki komanda etibarlı oyun nümayiş etdirib.
Tərəflərin səylərinə baxmayaraq hesab açılmayıb və qarşılaşma 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra komandalar turnir cədvəlinə hesablarına bir xal əlavə ediblər.