Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Cüdoçumuz Avropa Kubokunda qızıl medal qazandı
Azərbaycan cüdoçusu Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunda qızıl medal qazanıb.
Oxu.Az xəbər verir ki, 52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək adını finala yazdırıb.
Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millimizin aktivinə ilk medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız idmançı ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.
"Cüdo" teqi üzrə xəbərlər
- Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar
- "Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Elmar Qasımov bu gün mübarizəyə qoşulacaq
- Azərbaycanlı cüdoçu beynəlxalq yarışda qızıl medal qazanıb
- Daha beş cüdoçumuz "Böyük Dəbilqə"də mübarizəyə qoşulacaq
- Cüdoçularımız "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar
Ən çox oxunanlar