Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı
Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycan doqquzuncu qızıl medalını qazanıb.
Oxu.Az xəbər verir ki, cüdoçu Turan Bayramov (-60 kq) finalda rusiyalı idmançını “qızıl xal”da məğlub edib. Bununla da Azərbaycan güləşdən sonra cüdoda da qızıl medal qazanıb.
Həmçinin Şükran Zamanlı (-55 kq) və Gülşən Bəşirova (-44 kq) bürünc medal uğrunda görüşlərdən qalib ayrılıblar.
Bu nəticə ilə Azərbaycan medal sıralamasında II yerdədir. 19 medal (doqquz qızıl, beş gümüş, beş bürünc) qazanmış Azərbaycan yalnız gümüş sayında Rusiyadan geri qalır. Belə ki, 27 medal (9 qızıl, 7 gümüş, 11 bürünc) əldə etmiş şimal qonşumuz siyahıda liderdir.
Səbuhi Musayev
"Azərbaycan" teqi üzrə xəbərlər
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib
- COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür barədə qətnamə layihəsi qəbul olundu
- Azərbaycanla Braziliya arasında bir il: COP30-dək hansı hədəflərə çatmalıyıq?
- Türk dünyasının YAŞIL GÜNDƏMİ: Azərbaycan, Qazaxıstan və Özbəkistanın Strateji Tərəfdaşlığı
Rəylər