Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.
Oxu.Az xəbər verir ki, millimiz yarışların ikinci günündə ikinci qızıl medalı aktivinə yazdırıb.
Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.
Bu gün Vüsal Qələndərzadə də (73 kq) qızıl medal qazanıb.
Qeyd edək ki, ötən gün Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) turnirdə qızıl medal əldə ediblər. Nizami İmranov (60 kq) gümüş mükafatla kifayətlənib. Yarış sentyabrın 8-də başa çatacaq.
Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında çıxış edən Vüsal Qələndərzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Oxu.Az xəbər verir ki, 1/4 finalda Peter Jeanı yolundan kənarlaşdıran Vüsal Qələndərzadə yarımfinala yüksəlib. O, növbəti rəqibi Mate Beruaşvilini (Gürcüstan) də məğlub edib.
Vüsal Qələndərzadə finalda bolqarıstanlı rəqibi Dimitar Qospodinovu məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Qələndərzadənin uğurundan əlavə millimizin aktivində iki qızıl, bir gümüş medal var. Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Nizami İmranov (60 kq) gümüş medal qazanıb.
"Azərbaycan Cüdo Federasiyası" teqi üzrə xəbərlər
- Azərbaycan millisinin cüdoçusu Avropa çempionatından imtina edib
- Cüdo üzrə Azərbaycan çempionatının komanda yarışlarına yekun vurulub
- "Halk" ləqəbli olimpiya mükafatçımız karyerasını bərpa etdi
- Cüdoçularımız Avropa Kubokunda komanda hesabında birinci yeri tutdular
- Cüdoçulardan ibarət milli komandamız Avropa kubokunda mübarizəyə başlayır
Rəylər