İraq millsi BƏƏ seçməsi ilə oyunun əsas vaxtına əlavə edilmiş 17-ci dəqiqədə vurduğu penalti sayəsində dünya çempionatının seçmə mərhələsinin pley-off qarşılaşmalarına vəsiqə qazanıb.
Oxu.Az xəbər verir ki, matç 2:1 hesabı ilə iraqlıların xeyrinə başa çatıb.
Bu qələbə sayəsində Qrem Arnoldun komandası qitələrarası pley-off mərhələsində oynayacaq.
Konqo Demokratik Respublikası, Boliviya və Yeni Kaledoniya yığmaları da artıq qitələrarası pley-offa vəsiqə qazanıblar. Daha iki Afrika komandası hələ müəyyənləşməyib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatının final mərhələsində iki vəsiqənin taleyini müəyyən edəcək qitələrarası pley-off qarşılaşmaları 2026-cı ilin mart ayında keçiriləcək.