Meksikada hüquq-mühafizə orqanları Milli Təhsil İşçiləri Koordinasiya Şurasına dəstək nümayişinə məktəbliləri və müəllimləri aparan avtobusda 59 əldəqayırma partlayıcı qurğu müsadirə ediblər.
Oxu.Az xəbər verir ki, bu hadisə ilə bağlı informasiyanı "Mexico Solidarity" nəşri yayımlayıb.
Məlumata görə, axtarış tədbirləri bir vətəndaşın nəqliyyat vasitələrinin birində partlayıcıların olması ehtimalı barədə aidiyyəti qurumlara xəbər verməsi nəticəsində Mexiko-Kuernavaka şosesində aparılıb. Ölkənin Daxili İşlər Nazirliyinin açıqlamasına görə, baxış prosesi sərnişinlərin icazəsi alınmaqla və dinc şəraitdə həyata keçirilib.
Qeyd edək ki, Meksika millisi dünya çempionatının qrup mərhələsində Cənubi Koreya, CAR və Çexiya yığmaları ilə qarşılaşacaq.
Xatırladaq ki, futbol üzrə dünya çempionatı 11 iyun-19 iyul tarixləri aralığında Meksika, ABŞ və Kanada tərəfindən ortaq şəkildə təşkil olunacaq. Hazırkı titula sahib olan komanda isə 2022-ci ilin həlledici matçında Fransa yığmasına qalib gələn Argentina millisidir.