Məşhur amerikalı qolfçu Tayqer Vuds avtomobili təhlükəli idarə etməkdə təqsirini etiraf edib və beş il müddətinə sürücülük hüququndan məhrum edilib.
Oxu.Az ABC telekanalına istinadən xəbər verir ki, 50 yaşlı idmançı çərşənbə günü Florida ştatında hakim qarşısına çıxıb və sərxoş vəziyyətdə avtomobil idarə etmə işi üzrə əvvəlki ifadələrini dəyişib.
Mart ayında Vudsun idarə etdiyi avtomobil həddindən artıq sürətlə hərəkət edib və dar yolda yük maşınını ötməyə cəhd edərkən aşıb.
Qolfçunun avtomobili yük maşınına toxunsa da, qəza nəticəsində heç kim xəsarət almayıb. Vuds bildirib ki, radioda dalğanı dəyişərkən diqqəti yayınıb.
İdmançı spirtli içki testindən keçsə də, orqanizmində digər maddələrin olub-olmadığını müəyyən edən testdən imtina edib. O, polisə qəzadan əvvəl həkim tərəfindən təyin olunmuş dərman preparatları qəbul etdiyini deyib.
Qeyd edək ki, Tayqer Vuds "Major" seriyalı turnirlərin 15 qat qalibidir.