Türkiyə Super Liqasının XIV turunun günün son matçında “Qalatasaray” “Başakşehir”lə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, “Fatih Terim” stadionunda keçirilən oyunda “Qalatasaray” rəqibini meydana çıxmağa peşman edib.
Qarşılaşmanın ilk hissəsi “sarı-qırmızılılar”ın 3 qolluq üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə daha 4 qol vuran “cimbom” yekunda 7:0 hesablı qələbəni bayram edib.
Matçın qollarını təqdim edirik: