Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycan Qran-prisi: İlk günün sessiyaları başa çatıb
Bakıda keçirilən Azərbaycan Qran-prisində ilk günün sessiyalarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, günün son sessiyasında - ikinci sərbəst yürüşlərdə "Ferrari"dən Şarl Lekler birinci olub. Birinci sərbəst yürüşlərdə qəza etmiş moneqask sürücü "Red Bull"dan Serxio Peresi cəmi 0.006 qabaqlaya bilib. İlk üçlüyü tamamlayan "Mercedes"in sürücüsü Lyui Hemilton isə liderə 0.066 saniyə uduzub.
Qeyd edək ki, sabah Azərbaycan Qran-prisi davam edəcək. Sentyabrın 14-də ilk olaraq saat 12:30-da "Formula-1" sürücüləri üçüncü sərbəst yürüşlərdə Bakının küçələrinə çıxacaqlar, 14:15-də "Formula-2" sürücüləri sprint (qısa) yarışda qalibi müəyyən edəcəklər.
Günün son sessiyasında isə sıralanma turunda "Formula-1" sürücüləri saat 16:00-da poul uğrunda mübarizəyə başlayacaqlar.
Azərbaycan Qran-prisi isə sentyabrın 15-də başa çatacaq.
"Formula-1" üzrə Azərbaycan Qran-prisində günün sonuncu sessiyası olan ikinci sərbəst yürüşlərə start verilib.
Oxu.Az xəbər verir ki, ikinci sərbəst yürüşlər saat 17:00-da start götürüb.
Xatırladaq ki, birinci sessiyanın ən yaxşı göstəricisinə "Red Bull" komandasının pilotu Maks Ferstappen imza atıb.
Onun ən yaxın izləyicisi "Mersedes" komandasının pilotu Luis Hamilton olub.
Üçüncü sırada isə Ferstappenin komanda yoldaşı Serxio Peres qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Daha çox şəkil burada: PhotoStock.az
Bakıda keçirilən Azərbaycan Qran-prisində "Formula-2" çempionatının sürücüləri sıralanma turunu başa vurublar.
Oxu.Az xəbər verir ki, sıralanma turunun nəticələrinə görə, "Trident" komandasının pilotu Riçard Fershor bazar günü baş tutacaq əsas yarışa ilk yerdən start almaq hüquq qazanıb. İkinci nəticə göstərmiş "Prema"nın sürücüsü Andrea Kimi Antonelli də ilk cərgədən start alacaq. Sıralanma turunda ilk üçlüyü isə ART komandasından Viktor Marten tamamlayıb.
Reqlamentə görə, sabah baş tutacaq sprint (qısa) yarışda bu gün sıralanma turunda ilk 10 yeri tutan sürücülər reversiv start alacaqlar. Yəni bu gün sıralama turunda 10-cu yeri tutan "Trident" komandasının pilotu Kristian Mensel sprint (qısa) yarışa birinci yerdən başlayacaq.
"Formula-2" üzrə sıralanma turu başa çatdıqdan sonra "Formula-1"də ikinci sərbəst yürüşlərə start veriləcək və ilk günün proqramı başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
Daha çox foto burada: PhotoStock.az
Bakıda keçirilən Azərbaycan Qran-prisində "Formula-2" çempionatının sürücüləri sıralanma turuna başlayıblar.
Oxu.Az xəbər verir ki, sıralanma turu 15:00-da başlayıb. Reqlamentə görə, ən sürətli sürücü bazar günü baş tutacaq əsas yarışa ilk yerdən başlayacaq. Amma bugünkü protokollarda ilk 10 yeri tutacaq sürücülər "reversiv" qayda üzrə sabah keçiriləcək sprint (qısa) yarışda start alacaqlar.
"Formula-2" üzrə sıralanma turu başa çatdıqdan sonra "Formula-1"də ikinci sərbəst yürüşlərə start veriləcək və ilk günün proqramı başa çatacaq.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
"Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşlər başa çatıb, sessiyanın ən yaxşı göstəricisinə "Red Bull" komandasının pilotu Maks Ferstapen imza atıb.
Oxu.Az xəbər verir ki, onun ən yaxın izləyicisi "Mersedes" komandasının pilotu Luis Hamilton olub.
Üçüncü sırada isə Ferstappenin komanda yoldaşı Serxio Peres qərarlaşıb.
Qeyd edək ki, ikinci sərbəst yürüşlər isə saat 17:00-da start götürəcək.
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşləri zamanı "Ferrari"nin sürücüsü Şarl Lekler qəza törədib.
Oxu.Az xəbər verir ki, moneqask sürücünün idarə etdiyi bolid 15-ci döngədə trayektoriyadan çıxaraq baryerlərə çırpılıb, sessiya isə qırmızı bayraqlarla dayandırılıb.
Qeyd edək ki, Şarl Lekler qəza anına qədər sərbəst yürüşlərin protokollarına başçılıq edirdi.
"Ferrari" bolidi təxliyə olunduqdan sonra sessiya canlandırılıb.
"Formula-1" üzrə Azərbaycan Qran-prisinin birinci sərbəst yürüşləri qırmızı bayraqlarla dayandırılıb.
Oxu.Az xəbər verir ki, buna səbəb trasa kənar elementlərin düşməsi olub.
Qeyd edək ki, tras təmizləndikdən sonra sessiya davam etdirilib - qırmızı bayraqlar yaşıl bayraqlarla əvəz olunub.
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisində birinci sərbəst yürüşə start verilib.
Oxu.Az xəbər verir ki, sərbəst yürüş saat 13:30-da başlayıb.
Bundan sonra Bakı Şəhər Halqasında "Formula-1"in ikinci sərbəst yürüşü, "Formula-2"nin isə sıralanma turu gerçəkləşəcək.
Daha çox foto burada: PhotoStock.az
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisində sərbəst yürüşlər başa çatıb.
Oxu.Az xəbər verir ki, ən yaxşı nəticəni "Van Amersfoort Racing"dən Entso Fittipaldi göstərib.
"Invicta Racing"dən Kuş Maini ikinci, "Prema Racing"dən Andrea Kimi Antonelli isə üçüncü olub.
Anar Həsənov
Bakıda keçirilən "Formula-2" üzrə Azərbaycan Qran-prisinin sərbəst yürüşlərinə start verilib.
Oxu.Az xəbər verir ki, sərbəst yürüş saat 11:00-da başlayıb.
Bundan sonra Azərbaycan Qran-prisi çərçivəsində "Formula-1"də iki sərbəst yürüş, "Formula-2"də isə sıralanma turu da gerçəkləşəcək.
Daha çox foto burada: PhotoStock.az
Bu gün "Formula-1" üzrə Azərbaycan Qran-prisi start götürəcək.
Oxu.Az-ın məlumatına görə, ilk gündə iki birsaatlıq sərbəst yürüş keçiriləcək.
Bundan əlavə, "Formula-2"də də sınaq yürüşü ilə yanaşı, sıralanma turu da gerçəkləşəcək.
20 döngədən ibarət olan Bakı Şəhər Halqasında 51 dövrəlik yarış ümumilikdə 306.049 km məsafəni əhatə edir. Paytaxtdakı ilk yarış Avropa Qran-prisi kimi 2016-cı ildə baş tutub. Sonrakı yeddi turnir Azərbaycan Qran-prisi adlanıb.
2016-cı ildə almaniyalı Niko Rozberq yarışı hamıdan tez tamamlayıb. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hamilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) yarışı birinci pillədə başa vurublar. 2023-cü ildə isə Peres ikinci dəfə Bakıda qalib gəlib. 2020-ci ildə koronavirus pandemiyası səbəbindən paytaxtımızda yarış təşkil olunmayıb.
Azərbaycan Qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 303 xalla çempionatda liderdir. "McLaren"dən Lando Norris 241 xalla ikinci, "Ferrari"dən Şarl Lekler 217 xalla üçüncü pillədə qərarlaşıb. Norrisin komanda yoldaşı Oskar Piastri 197 xalla dördüncü, "Ferrari"nin digər sürücüsü Karlos Sayns 184 xalla beşincidir.
Mühəndislər Kubokunda "Red Bull" 446 xalla xalla birinci, "McLaren" 438 xalla ikinci, "Ferrari" 407 xalla üçüncüdür.
Azərbaycan Qran-prisində ilk günün proqramı
11:00. "Formula-2": Sərbəst yürüş
13:30. "Formula-1": Birinci sərbəst yürüş
15:00. "Formula-2": Sıralanma turu
17:00. "Formula-1": İkinci sərbəst yürüş
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
"Formula-1 Baku (2024)" teqi üzrə xəbərlər
- Oskar Piastri "Formula-1" üzrə Azərbaycan Qran-prisini digərlərindən fərqləndirib
- Azərbaycanda "CFI Financial Investment Company"nin təqdimatı keçirildi: Yeni rəhbər təyin olundu
- Nazir oğlunun adı qalmaqalda: "400 minlik yeyintidən xəbərim olmayıb"
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Süni intellekt 14 yaşlı yeniyetməni öldürdü