"McLaren" komandasının britaniyalı pilotu Lando Norris "Formula-1" üzrə dünya çempionatının səkkizinci mərhələsi sayılan Monako Qran-prisinin qalibi olub.
Oxu.Az xəbər verir ki, ikinci yeri "Ferrari"dən olan Şarl Lekler tutub. İlk üçlüyü "McLaren"in digər pilotu, avstraliyalı Oskar Piastri qapayıb.
Hazırda Piastri 161 xalla pilotlar sıralamasında liderliyini davam etdirir. İlk üçlükdə Norris (158) və Maks Ferstappen (1) qərarlaşıb.