"Formula-1" üzrə Niderland Qran-prisinin təsnifat mərhələsi zamanı yola tülkü çıxıb.
Oxu.Az xəbər verir ki, kadrlar çempionatın "X" sosial şəbəkəsindəki hesabında yayımlanıb.
Dördayaqlı qonaq "Ferrari" sürücüsü Şarl Leklerin önündən keçib.
Xatırladaq ki, seçmə mərhələnin qalibi "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri olub. Lekler isə altıncı nəticəni göstərib.
"Formula-1": Niderland Qran-prisində gözlənilməz qonaq