"Disney" studiyası animasiya seriyasının altıncı hissəsi olan "Ice Age: Boiling Point" cizgi filminin premyera tarixini açıqlayıb.
Oxu.Az xəbər verir ki, müvafiq məlumat kinostudiyanın "X" səhifəsində yayımlanıb.
Məlumata görə, filmin 2027-ci il fevralın 5-də ilk nümayişi planlaşdırılır.
Qeyd edək ki, bu silsilədən olan ilk cizgi filmi 2002-ci ildə işıq üzü görüb. Film dünya üzrə 383,3 milyon dollar qazanıb.