Azərbaycan Qran-prisi çərçivəsində "Formula-2" kateqoriyasında baş tutan əsas yarışın qalibi müəyyənləşib.
Oxu.Az xəbər verir ki, birinci yeri "DAMS Lukas Oil" komandasının pilotu Cek Krouford tutub. Onun ardınca finişə "AIX Racing" komandasının üzvü Coşua Durksen çatıb. Üçüncü isə "Hitech TGR" komandasının pilotu Dino Beganovic olub.
Azərbaycan Qran-prisində beşinci yeri tutsa da, turnir cədvəlinə hələ də "Invicta racing" komandasının üzvü Leonardo Fornaroli (188 xal) başçılıq edir.




Daha çox foto burada: PhotoStock.az
"Formula-2" kateqoriyasında əsas yarışda daha bir pilot mübarizəni erkən dayandırdı.
Oxu.Az xəbər verir ki, söhbət "Hitech TGR" komandasının üzvü Lyuk Brauningdən gedir.
O, bolidində nasazlıq yarandığından yarışı dayandırmalı olub.
"Formula-2" kateqoriyasında əsas yarışda qəza baş verib.
Oxu.Az xəbər verir ki, yarışın debütantı "Trident" komandasının pilotu Martın Stenshorn birinci döngəyə daxil ola bilməyib və bolidi maneəyə çırpıb.
Beləliklə, onun üçün bu yarış erkən bitib.
Azərbaycan Qran-prisi çərçivəsində "Formula-2" kateqoriyasında əsas yarışa start verildi.
Oxu.Az xəbər verir ki, 1 saata yaxın davam edəcək mübarizə turnir cədvəlindəki vəziyyəti dəyişə bilər.
Belə ki, hazırda turnir cədvəlinə "Invicta racing" komandasının üzvü Leonardo Fornaroli (178 xal) başçılıq edir. Onu 17 xal geridən "Hitech TGR" komandasının pilotu Lyuk Brauning təqib edir. Aktivində 147 xalı olan Riçard Fershor (MP Motorsport) isə üçüncü yerdə qərarlaşıb.
Daha çox foto burada: PhotoStock.az
Fərid Novruzov