Oxu.Az-ın "TOP-al" podkastının yeni buraxılışında modelyer Anara Zakirli qonaq olub.
Verilişdə dünya çempionatlarında futbol formalarının dizaynı, futbol modasının inkişafı və milli komandaların formalarında mədəni kimliyin əks olunması ətrafında maraqlı müzakirələr aparılıb.
Podkast zamanı "Bir futbol formasını uğurlu edən nədir?" "Ən gözəl mundial forması hansıdır?" və "Azərbaycan yığmasının formalarında hansı milli elementlərdən istifadə oluna bilər?" kimi suallara cavab axtarılıb.
Həmçinin dünya çempionatlarının ən yaddaqalan forma dizaynları, rəng seçimlərinin əhəmiyyəti və futbol formalarının gündəlik dəbin ayrılmaz hissəsinə çevrilməsi barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, "TOP-al" podkastının növbəti buraxılışlarında da futbola fərqli baxış bucağı təqdim edən maraqlı qonaqların iştirakı nəzərdə tutulur.