Oktyabrın 1-də “Araz-Naxçıvan” – “Zirə” oyunu ilə futbol üzrə Azərbaycan çempionatının VIII turuna yekun vurulub.
Oxu.Az xəbər verir ki, “Dalğa Arena”da keçirilən görüşdə Naxçıvan təmsilçisi minimal hesabla qalib gəlib. Oyunda yeganə qolu 78-ci dəqiqədə Nuno Rodrigez vurub.
Bu gün Gəncə şəhər stadionunda oynanılan “Kəpəz” – “Qəbələ” matçında isə qonaqlar qalib gəliblər – 0:1. “Qəbələ”nin heyətində Bilel Auaşeriya 52-ci dəqiqədə adını tabloya yazdırıb.
Turun əvvəlki görüşlərində aşağıdakı nəticələr qeydə alınmışdı:
“Qarabağ” – “Sumqayıt” – 5:0;
“Turan Tovuz” – “Neftçi” – 0:1;
“Səbail” – “Sabah” – 2:2.
Səkkiz turdan sonra “Zirə” və “Qarabağ” 16 xalla çempionatda liderliyi bölüşürlər. “Səbail” 14 xalla üçüncü, “Araz-Naxçıvan” 13 xalla dördüncü, “Neftçi” isə 12 xalla beşinci sırada qərarlaşıb. “Turan Tovuz”un 11, “Sumqayıt”ın 8 (bir oyun az keçirib), “Qəbələ”nin 7, “Sabah”ın 6, (bir oyun az keçirib), “Kəpəz”in isə 5 xalı var.
18:17
Azərbaycan Premyer Liqasında VIII turun oyunları davam edir.
Oxu.Az xəbər verir ki, günün ilk görüşü Gəncədə keçirilib.
Yerli komanda “Kəpəz” doğma meydanında “Qəbələ”ni qəbul edib. Bu matç autsayder mövqeyindən uzaqlaşmaq baxımından hər iki komanda üçün vacib idi. Qarşılaşmanın ilk hissəsində qapılara yol tapmaq mümkün olmayıb. Fasilədən sonra vurulan yeganə qol görüşün taleyini həll edib. Bilel Auşeriya 52-ci dəqiqədə fərqlənərək, “Qəbələ”yə 1:0 hesablı səfər qələbəsi qazandırıb.
Bu qalibiyyət sayəsindən xallarının sayını 7-yə çatdıran “qırmızı-qaralar” sonuncu pillədən qurtulub. Əvəzində “Kəpəz” hesabındakı 5 xalla autsayder mövqeyinə düşüb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Araz-Naxçıvan” - “Zirə” oyunu ilə yekun vurulacaq. Əvvəlki matçlarda “Qarabağ” “Sumqayıt”ı 5:0, “Neftçi” “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib, “Səbail”lə “Sabah” (2:2) bərabərə qalıblar.