Yunanıstanın “Sport24” nəşri dünyanın müxtəlif ölkələrində yaşayan futbolçu ailələri haqqında material hazırlayıb.
Oxu.Az xəbər verir ki, məqalədə İsgəndər, Füzuli və Vaqif Cavadovlara həsr edilmiş bölmə mövcuddur.
“İsgəndər Cavadov 1980-ci illərdə “Neftçi”nin liderlərindən biri olub. Onun böyük qardaşı hücumçu olub. Füzulinin oğlu 25 yaşlı Vaqif Cavadov indi Türkiyədə oynayır. O, Azərbaycan yığmasının oyunçusudur, daha öncə Moskva OMİK və holland “Tvente” klublarında oynayıb”- mətndə deyilir.
Materialda həmçinin Franke və Ronaldo De Bur qardaşları (Hollandiya), Mikael və Brayn Laudruplar (Danimarka), Cek və Bobbi Çarltonlar (İngiltərə), Aleksey və Vasili Berezuskilər (Rusiya), Şota, Arçil və Revaz Arveladzelər (Gürcüstan), Viktor və Vyaçeslav Çanovlar (Ulrayna), Kolo və Yaya Tur (Kot d`İvuar), ata və oğul Çezar və Paolo Maldini (İtaliya), Mirça və Razvan Luçesku (Rumıniya), Fikret və Burak Yılmaz (Türkiyə) haqqında, eləcə də Joze Mourinyo və onun keçən əsrin 50-70-ci illərində Portuqaliya klublarının qapıçısı olan atası Xose Manuel Feliks Mourinyo və bir çoxları haqqında informasiya dərc edilib.
F.H.
www.oxu.az