Türkiyənin İzmit șəhərində keçirilən cüdo üzrə Avropa Ümid Kubokunda 66 kiloqram çəki dərəcəsində təmsilçimiz Fərhad Quliyev gümüş medal qazanıb.
Oxu.Az xəbər verir ki, o, 1/32 finalda Qazaxıstan təmsilçisini, 1/16 finalda türkiyəli rəqibini, 1/4 finalda isə gürcüstanlı rəqibini məğlub edərək yarımfinala yüksəlib.
Yarımfinalda daha bir Türkiyə təmsilçisini məğlub edərək finala vəsiqə qazanan F.Quliyev finalda əlavə vaxtda məğlub olub və ikinci yerə layiq görülüb.
Qaynar xətt:
(055) 224 12 12