Xəbər verdiyimiz kimi, oktyabrın 31-də Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində səfərdə İspaniyanın “Atletiko” komandası ilə qarşılaşacaq.
Oxu.Az-ın məlumatına görə, Ağdam təmsilçiləri artıq Madriddədirlər.
“Qarabağ”ın futbolçusu Donald Gerye təyyarədə olarkən yarımmüdafiəçi Qara Qarayevlə çəkdirdiyi fotosunu paylaşıb.
Geryenin fotoya yazdığı “İki qara - Qara və mən. Madridə gedirik” şərhi sosial şəbəkələrdə maraqla qarşılanıb.
Xatırladaq ki, “Metropolitano” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Üç turdan sonra C qrupuna yeddi xalla “Çelsi” başçılıq edir. “Roma” beş xalla ikinci, “Atletiko” isə iki xalla üçüncüdür. Hesabında bir xal olan “Qarabağ” sonuncu pillədə qərarlaşıb.
:640.jpg)
S.B.
www.oxu.az