Bütün dünyada yayılmış COVID-19 virusunun ölkəmizdə daha çox insana yoluxmasının qarşısını almaq üçün Azərbaycan dövləti tərəfindən ciddi tədbirlər görülür.
Oxu.Az xəbər verir ki, pandemiyanı önləmək məqsədilə ciddi karantin rejimi elan edilib.
Bu günləri evdə keçirmək təhlükəsizliyimiz üçün vacibdir.
Bununla bağlı ölkə ictimaiyyətinin tanınmış simaları “Evdə qal, sağlam qal” kampaniyasına start veriblər. Aksiyaya güləşçilərimiz də qoşulub.
Belə ki, sərbəst güləşçilərdən Hacı Əliyev, Cəbrayıl Həsənov, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev, Eldəniz Əzizli və Rafiq Hüseynov aksiya ilə əlaqədar fikirlərini bildiriblər.