Futbol üzrə Gürcüstan Yüksək Liqasında həmyerlimiz Nicat Qurbanovun çıxış etdiyi “Samtredia” klubu “Merani” ilə qarşılaşıb 2:1 hesablı qələbə qazanıb.
Oxu.Az xəbər verir ki, Nicat Qurbanov da bu matçda fərqlənib.
Həmyerlimiz 54-cü dəqiqədə penaltidən komandasının ikinci qolunun müəllifi olub. Nicat qol vurduqdan sonra Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində şəhid olmuş şəxslərin xatirəsinə ehtiram olaraq əsgər salamı verib.