Dünya Çempionatı 2014-in açılış matçında Braziliya Xorvatiya ilə qarşılaşdı.
Oxu.Az xəbər verir ki, oyun meydan sahiblərinin hücumları ilə başladı.
Elə ilk qolu da braziliyalılar vurdular, lakin öz qapilarına. 11-ci dəqiqədə Marselo avtoqolla yadda qaldı.
Buna baxmayaraq ruhdan düşməyən meydan sahibləri ilk hissədə hesabı bərabərləşdirməyə nail oldular. Neymar 29-cu dəqiqədə baxımlı qol vurdu.
İlk hissə 1:1 hesabı ilə bitdi.
İkinci hissə də meydan sahiblərinin hücumları ilə keçdi. Xorvatlarlar yaxşı müdafiə olunsalar da, 71-ci dəqiqədə hakimin təyin etdiyi şübhəli penalti avropalıların bütün ümüdlərinin puç etdi. Neymar dubla imza atdı.
Bütün oyun boyu gözəl oyunu ilə yadda qalan Oscar isə, hakimin əlavə etdiyi dəqiqələrdə matçda son nöqtəni qoydu.
Brazilya 3:1 Xorvatiya.
Seymur Baxşev
www.oxu.az