Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həbib hansı azərbaycanlıya uduzub? - AÇIQLAMA + VİDEO
UFC döyüşçüsü Həbib Nurməhəmmədovun məğlub olduğu yeganə idmançının azərbaycanlı Xamis Məmmədov olması hələ də müzakirə olunmaqdadır.
Oxu.Az xəbər verir ki, bu faktı Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əsgərov saytımıza müsahibəsində bildirmişdi.
MMA klubunun rəhbəri Şəhriyar Abbasov da mətbuata açıqlamasında vaxtilə döyüş sambosunda Nurməhəmmədovun Məmmədova uduzduğunu, müsahibələrindən birində Həbibin bunu etiraf etdiyini bildirmişdi.
Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş şəxsin bizdə olan səs yazısına görə, bu döyüş 2007-ci ildə Dağıstanda olub:
“2004-cü ildən Xamis döyüş sambosu ilə məşğul olmağa başladı. Dağıstanda olanda Həbibin atası Əbdülmanaf Nurməhəmmədovla tanış oldu, hətta onların evində qaldı. 2007-ci ildə Dağıstan açıq çempionatında Xamis üçüncü və ya dördüncü döyüşündə Həbibə qalib gəldi. Amma sonra o, finalda dağıstanlı idmançıya uduzdu. Xamis II, Həbib isə III yeri tutdu.
Daha sonra 2011-ci ildə gəmidə bu iki nəfər arasında qaydasız döyüş keçirildi. Həmin döyüşdə Həbib qalib gəldi (yeri gəlmişkən, “Youtube”da olan həmin döyüş məhz budur – S.M.). Onu Şəhriyar qızışdırdı ki, Həbibə qalib gəl, tək səni UFC-yə götürsünlər. Amma uduzdu. Əbdülmanaf onu öz oğlu kimi Poltavaya turnirlərə aparırdı. Sonra gördü ki, Xamis bir yerdə dayanmır, onunla əlaqəni kəsdi”.
Səbuhi MUSAYEV
www.oxu.az
Rəylər