Ukraynada 180 iştirakçı arasında triatlon üzrə “Triatman Iron” turniri keçirilib.
Oxu.Az-a verilən xəbərə görə, iştirakçılar qalib olmaq üçün turnirdə 1900 metr məsafəyə üzməli, 90 km velosiped sürməli və 21 km qaçmalı olub.
Bu yarışda triatlon millimizin ukraynalı legionerləri – Rostislav Pevtsov və Kseniya Levkovskaya da iştirak edib. Hər ikisi qızıl medal qazanıb.
Səbuhi Musayev