Azərbaycan idmançılarının Tokio Olimpiadasında geyinəcəyi formalar rəsmən təqdim olunub.
Oxu.Az-ın xəbərinə görə, formaların üzərində Azərbaycan simvolları əks olunub.
Qeyd edək ki, Tokio Olimpiadasının açılış mərasimi 23 iyulda keçiriləcək. Orada Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyacaq.
Səbuhi Musayev