Avqustun 20-dən 24-dək Rusiyanın Moskva şəhərində keçirilən Paurliftinq üzrə dünya çempionatı idmançılarımız üçün uğrlu alınıb.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, 14 ölkənin iştirak etdiyi yarışda azərbaycanlı idmançılar 4 qızıl, 3 gümüş medal qazanıblar.
110 kq çəki dərəcəsində Camal Əhmədzadə bütün rəqiblərini qabaqlayaraq üç hərəkətin cəmində ümumilikdə, 630 kq-ın öhdəsindən gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
