Fransanın Marsel şəhərində polis və ingilis azarkeşləri arasında toqquşmalar baş verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, fanatlar polis əməkdaşlarına şüşə və əllərinə keçən digər əşyalar atıblar.
Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Hazırda asayiş keşikçiləri və 200-ə yaxın ingilis azarkeşləri arasında toqquşmalar Marsel şəhərinin limanı ətrafında davam edir.
Qeyd edək ki, İngiltərə — Rusiya matçı iyunun 11-də axşam saatlarında keçiriləcək.