İngiltərə Premyer Liqasında ilin ən yaxşı gənc oyunçusu mükafatı üçün namizədlərin siyahısı bəlli olub.
Oxu.Az Gola.com-a istinadla xəbər verir ki, siyahıda "Mançester Yunayted", "Çelsi" və "Arsenal"ın futbolçularının adı qeyd olunub.
Belə ki, "Mançester Yunayted"dən Kobbi Mainu, "Arsenal"dan Bukayo Saka, "Çelsi"dən isə Kol Palmer namizədlər siyahısında yer alıblar.
Qeyd edək ki, "Mançester Yunayted"in digər futbolçusu Alexandro Qarnaço isə siyahının dördüncü pilləsində qərarlaşıb.
Rəylər