UEFA tərəfindən azarkeş səsverməsi ilə "İnter" - "Barselona" matçının ən yaxşısı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, "İnter"in 4:3 hesablı qələbəsi ilə başa çatan qarşılaşmanın ən yaxşısı meydan sahiblərinin qolkiperi Yann Zommer olub.
O, komandasını ən azı dörd real qoldan xilas etdiyi üçün azarkeşlərin rəğbətini qazanıb.
Qeyd edək ki, "İnter"in UEFA Çempionlar Liqasının finaldakı rəqibi bu gecə keçiriləcək PSJ - "Arsenal" görüşündən sonra bəlli olacaq.
