"Ümidvaram ki, Fransa millisi Ukraynaya qalib gələcək".
Oxu.Az xəbər verir ki, bunu DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - İslandiya (0:2) görüşündən sonra İslandiya millisinin baş məşqçisi Arnar Qunnlauqsson deyib.
O, bildirib ki, əgər Ukrayna bu gün Fransadan xal alsa, komandasının işləri çətinləşəcək: "Ümid edirəm ki, bu gün Mpabbe bizi sevindirəcək. Əks halda Ukraynanın xal qazanmağı bizim işimizi çətinləşdirəcək. Belə olduğu halda biz mütləq Ukrayna millisinə qalib gəlməliyik".
Qeyd edək ki, millimiz növbəti görüşünü noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda Fransa millisinə qarşı keçirəcək.
Murad Nəsimi