DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində G qrupunda yer alan İspaniya yığması doğma meydanda Albaniya komandasını 3:0 hesabı ilə məğlub edərək mundialın final mərhələsinə vəsiqə qazanıb.
Oxu.Az-ın məlumatına görə, ispanların heyətində Rodriqo (16-cı dəqiqə), İsko (23) və Tyaqo Alkantara (26) fərqləniblər.
Qrupun digər oyununda İtaliya millisi Makedoniya komandası ilə 1:1 hesablı bərabərliyə qalıb. Bu nəticələrdən sonra Apennin təmsilçisini 5 xal qabaqlayan İspaniya millisi təsnifat mərhələsinin sonuna bir tur qalmış Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsinə vəsiqəni təmin edib.
İspaniya yığması Rusiya, Belçika, Braziliya, Meksika, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya və İngiltərədən sonra dünya çempionatında iştirakını təmin edən 11-ci ölkə oldu.
S.B.
www.oxu.az