İsrail Futbol Assosiasiyası "Yermiyahu Xolon" klubunun 17 yaşlı futbolçusunu rəqibi döydüyünə görə 99 il müddətinə diskvalifikasiya edib.
Oxu.Az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib, sosial şəbəkədə futbolçunun soyunub-geyinmə otağında rəqibinə hücum etdiyi barədə görüntülər yayımlanıb. Bundan sonra klub futbolçunun komandadan xaric edildiyini elan edib.
İsrail Futbol Assosiasiyasının İntizam Məhkəməsi adı açıqlanmayan futbolçunu 2124-cü ilin noyabrına qədər futbol oynamaqdan məhrum edib.
Diskvalifikasiya ilə yanaşı, futbolçuya həmçinin 2.5 min şekel (təxminən 1 300 manat- red.) məbləğində cərimə də təyin edilib.