Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İtaliya klubu tarixində ilk dəfə III liqaya düşdü
"Sampdoriya" tarixində ilk dəfə olaraq üçüncü diviziona düşüb.
Oxu.Az xəbər verir ki, aprel ayından etibarən Alberiko Evani tərəfindən çalışdırılan komanda B Seriyasını 18-ci pillədə tamamlayaraq ikinci liqanı tərk edib. Mövsümə Andrea Pirlo ilə başlayan "Sampdoriya" daha sonra Andrea Sottil və Leonardo Sempliçinin rəhbərliyi altında çıxış edib.
Qeyd edək ki, cəmi iki il əvvəl Genuya təmsilçisi A Seriyasında çıxış edirdi.
"İtaliya A Seriyası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar