"Atalanta"nın mərkəz hücumçusu Canluka Skamakka yenidən zədələnib.
Oxu.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, futbolçu zədə səbəbindən İtaliya millisini tərk edib.
Qeyd edək ki, Skamakka zədə səbəbindən 2024/25 mövsümündə "Atalanta"nın 50 matçını buraxıb.
İtaliya millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində sabah Estoniya ilə, sentyabrın 8-də isə İsraillə qarşılaşacaq.