“Best Of The Best Promotion”un prezidenti Elnur Məmmədov və K1 üzrə döyüşəcək idmançılar mətbuat qarşısına çıxdılar.
İlk olaraq açılışı “Best Of The Best Promotion”un prezidenti Elnur Məmmədov etdi.
Elnur Məmmədov onları hər zaman diqqətdə saxladıqlarına görə media nümayəndələrinə öz təşəkkürünü bildirdi, daha sonra medianın sualları cavablandırıldı:
- Yarışa necə hazırlaşmısınız?
- Tural Bayramov: Yarışa yaxşı - ciddi, məsuliyyətli hazırlaşmışıq. Fors-major hal olmasa hər şey yüksək səviyyədə olacaq. Rəqibim də zəif rəqib deyil, sözsüz qalib olmaq istəyirəm.
- Hər kəs Badrinin Bakıya gəlməsini gözləyir. Bu, baş tutacaq?
- Elnur Məmmədov: Badri Bakını çox sevir, gəlməyi də düşünür, amma bu aralar onun çox işi var, yəqin ki, uyğun vaxt seçib gələcək.
- Ruslan, yarışa hazır hiss edirsən özünü?
- Mən hazır olduğumu yarışda göstərəcəm və qalib olmağı düşünürəm.
- İdmançılarımızın hazırlığından razısız?
- Məşqçi – Bu bir məşqçi kimi məni əvvəl o qədər də qane etmirdi, amma hal-hazırda yaxşı səviyyədədirlər. Bu yarışa da yaxşı hazırlaşıblar. Bundan sonrakı yarışlara da yüksək səviyyədə hazırlaşıb yarışacaqlar.
Xatırladaq ki, “Best Of The Best Promotion”un rəhbərliyi ilə K1 idmançıları yarışa yola düşəcək. Yarış aprel ayının 4-də Moldovada K1 üzrə KOK WGP 2015 üzrə keçiriləcək.
Yarışda ölkəmizi “Best Of The Best”in iki idmançısı təmsil edəcək. 75 kq çəki dərəcəsində olan idmançımız Tural Bayramov Moldova təmsilçisi Sergey Morarirlə, 84 kq çəkidə çıxış edəcək idmançımız Ruslan Kobzev isə Moldova idmançısı Denis Apavaloaya qarşı döyüşəcək.
Nərmin Kazımova
www.oxu.az