Türkiyənin "Göztepe" futbol klubu "Qarabağ"ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevlə yaxından maraqlanır.
Oxu.Az bu barədə İHA agentliyinə istinadən xəbər verir.
İzmir təmsilçisinin qısa müddət ərzində rəsmi təmaslara başlayacağı və 25 yaşlı futbolçu üçün rəsmi təklif göndərəcəyi gözlənilir. "Qarabağ"la 2027-ci ilə qədər müqaviləsi olan Cəfərquliyevin komandadan ayrılmağa müsbət yanaşdığı bildirilir.
Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı və müzakirələrin müsbət irəliləyəcəyi təqdirdə, transfer üçün rəsmi addımların atılacağı gözlənilir.
Ötən mövsüm "Qarabağ" forması ilə bütün turnirlərdə ümumilikdə 42 matça çıxan Cəfərquliyev bu oyunlarda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.