Kriştianu Ronaldu Portuqaliya millisinin heyətinə cəlb olunub.
Oxu.Az xəbər verir ki, baş məşqçi Roberto Martines 40 yaşlı futbolçuya UEFA Millətlər Liqasının yarımfinal mərhələsi üçün dəvət göndərib.
Karyerasını "Ən-Nəsr"də davam etdirən forvard yarımfinal mərhələsində Almaniyaya qarşı forma geyinə bilər.
Qeyd edək ki, 2003-cü ildən Portuqaliya millisində forma geyinən Ronaldu indiyədək 219 matçda 136 qol vurub.