Madriddə keçirilən “Red Bull X-Fighters” yarışlarının qalibi “Red Bull”un təmsilçisi, Yeni Zelandiyadan olan idmançı olub.
Oxu.Az xəbər verir ki, Levi Şervudun Las-Ventasda qələbə qazanmasına səbəb qeyri-standart yanaşma və bacarıqları olub. L.Şervud Madriddə ustalıq və nəfəskəsici tryuklar nümayiş etdirib.
Uğurlu motofristayler motosikletin sükanı arxasına, demək olar ki, elə ilk addımlarını atdıqdan sonra oturub. 18 yaşında moto-idmançı atası Deyv Şervuddan nümunə götürərək motokross ilə məşğul olub, amma dərhal sıçrayışlar və tryuklar ilə məşğul olmaq istədiyini anlayıb.

Uğur həmişə onun üzünə gülməyib, belə ki, 2010-cu ildə ASA dünya çempionatında - Kaliforniyada Şervud ağır qəzaya düşüb. Aldığı travmalar onu Romada keçiriləcək final mərhələsindən imtina etməyə və “Red Bull X-Fighters Tour Final 2010”-u yalnız televizor ekranlarından izləməyə məcbur edib.
Nəticədə Şervud iki il yarım idmandan kənar qalmalı oldu. Uğur və uğursuzluqlar yaşayan Levi “Red Bull X-Fighters 2012” çempionu olub. Bir çox ekspertlər bildirirdi ki, bu nəticədən sonra Şervud böyük idmandan getməli olacaqdı. Amma Levi hər dəfə ağrıya güc gəlib bayka oturaraq gənc nəslə yalnız əmək və fanatik məhəbbətin uğura yol açacağını sübut edir.
“Beş yaşımdan sükan arxasındayam, - Levi Şervud Oxu.Az-ın müxbiri ilə söhbət zamanı bildirib, - hər şey çox sadədir, sən özünə inanırsan və irəli gedirsən. Əgər bu yoxdursa, motofristaylda çıxış etməyin mənası da yoxdur. Çox məşq edirəm, özümü yaxşı formada hiss edirəm. Amma yarışlara hazırlaşmaq başqa, yarışlarda iştirak etmək isə baş şeydir. Ona görə də özümü qələbəyə kökləməliyəm”.
Çempion həmçinin öz travmalarından danışıb: “Həqiqətən, travmadan sonra motofristayla qayıtmaq çətin idi. Təbii ki, hər bir insan sevdiyi işlə məşğul olmaq istəyir, ona görə də çətinliklər olsa da, sevdiyin işə geri qayıtmaq xoşdur”.
L.Şervudun sözlərinə görə, Madriddə bayram etməyə elə də çox vaxtı olmayıb. “Demək olar ki, “”Red Bull X-Fighters X-Games” yarışlarından sonra dərhal ABŞ-a qayıtmalı oldum. Amma bu sevincli günün şərəfinə bir neçə bakal pivə içəcəyəm!”
S.S.
www.oxu.az