"Latsio" prezidentinin oğlu qalmaqala səbəb olub.
Oxu.Az Tribuna.com-a istinadən xəbər verir ki, Klaudio Lotitonun oğlu Enriko Lotito sosial mediadakı şərhinə görə tənqid atəşinə tutulub.
"Latsio"nun qadınlardan ibarət komandasının baş direktoru olan Enriko Lotito "Instagram"da tanınmış italiyalı model Martina Buççiyə: "Mənimlə bir gecəni keçirmək üçün nə qədər pul istəyərdin?" - şərhini yazıb.
Lotitonun həm də "Latsio"nun qadınlardan ibarət komandasında direktor olmasını xüsusilə qeyd edən futbol ictimaiyyəti yazdığı şərhə görə onun istefasını tələb edir.