Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Libertadores Kuboku oyununda huşunu itirən futbolçu vəfat etdi
Uruqvayın "Nasional" klubunun 27 yaşlı futbolçusu Xuan İzkierdo vəfat edib.
Oxu.Az "Marca"ya istinadla xəbər verir ki, futbolçu avqust ayının 23-də Libertadores Kubokunun 1/16 mərhələsində Braziliyanın "San Paulo" komandası ilə görüşdə huşunu itirdikdən sonra xəstəxanaya aparılmışdı.
Futbolçu beş gün həkim nəzarətində qalsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanadan verilən məlumata görə, Xuan İzkierdonun aritmiyası varmış, ürək çatışmazlığından əziyyət çəkirmiş.
Qeyd edək ki, Xuan İzkierdo karyerası ərzində 139 oyunda meydana çıxıb, yeddi qol, beş məhsuldar ötürmə ilə yadda qalıb.
"Libertadores Kuboku" teqi üzrə xəbərlər
- Çili və Braziliya klublarının qarşıdurması iki azarkeşin ölümü ilə nəticələnib
- Juninyo meydana daxil olduqdan bir dəqiqə sonra komandasının qələbə qolunu vurub
- "Botafoqo" ilk dəfə Libertadores kubokunu qazandı
- "San Paulu" klubunun dirijablı evə çırpıldı: Anbaan görüntülər
- Braziliya polisi argentinalı azarkeşlərə atəş açıb
Ən çox oxunanlar