Macarıstanlı müdafiəçi Miloş Kerkez "Bornmut"dan "Liverpul"a keçib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Liverpul"un rəsmi saytı məlumat yayıb.
"Sol cinah müdafiəçisi tibbi müayinədən keçib və AXA məşq mərkəzində Premyer Liqa çempionu ilə uzunmüddətli müqavilə imzalayıb", - deyə klubdan bildirilib.
Daha əvvəl futbolçunun transfer məbləğinin 46.8 milyon avro olacağı qeyd edilib.
İngiltərə Premyer Liqasının 2024/2025 mövsümündə 21 yaşlı Miloş Kerkez 38 oyun keçirib, bu oyunlarda iki qol vurub və beş məhsuldar ötürmə edib. O, İngiltərə Kubokunda da üç oyun keçirib.